Milli Depozit Mərkəzi ilə "Raiffeisen Bank International" arasında nominal saxlayıcı hesabların açılması nəzərdə tutulur

12:13 - 27.05.2019


27 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə "Raiffeisen Bank International" (RBI) arasında nominal saxlayıcı hesabların açılması nəzərdə tutulan Anlaşma Memorandumu imzalanıb.

İmzalanmada MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və RBİ-nin qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri Attila Szalay Berzeviç iştirak ediblər.

Qeyd edilib ki, RBI ilə əməkdaşlığın yaradılması və qarşılıqlı depozitar linklərinin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondlarının Azərbaycan qiymətli kağızlarına ölkəyə gəlmədən və depo hesab açmadan nominal saxlayıcı hesabları vasitəsilə investisiya etməsi mümkün olacaq.

 

Bütün xəbərlər