Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə veriləcək

12:22 - 27.05.2019


27 may, Fineko/abc.az. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyatı quruma göndərilib. Yeddi iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək.

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə vərəsələrin telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş gələcək.

Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.

 

Bütün xəbərlər