AAYDA bayram və tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

15:11 - 27.05.2019


27 may, Fineko/abc.az. 28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Belə ki, 2019-cu il 27-29 may tarixlərində AAYDA -nın balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Bütün xəbərlər