“Kasperski Laboratoriyası”: Azərbaycanda azyaşlı istifadəçilərin 2%-i pornoqrafik resurslara daxil olmaq cəhdləri etmişdir

27.05.2019,16:03


27 may, Fineko/abc.az. “Kasperski Laboratoriyası” Azərbaycan uşaqlarının 2019-cu ilin ilk 4 ayı ərzində daxil olduqları saytları təhlil etmiş və aşkar etmişdir ki, onların daha çox maraqlarını multimedia əyləncələri cəlb etmişdir. 

Şirkətin anonim statistikasına əsasən, bütün baxılan resursların, demək olar ki, yarısı, yəni 44% onların payına düşüb. Yayılma üzrə ikinci yerdə internet rabitə vasitələri qərarlaşıb, onların payı 31% təşkil edib. Üçüncü yeri kompüter oyunları saytları tutub, lakin onların payı xeyli azdır – cəmi 6%.

Resursların qalan növlərinə Azərbaycanın yetkinlik yaşına çatmamış sakinləri tərəfindən xeyli az diqqət yetirilirb. Belə ki, 2019-ci ilin yanvar – aprel aylarında xəbər saytları internet aktivliyin cəmi 5%-ni təşkil edib. İnternet dükanların burada payı 4% təşkil edib, lakin yaşa uyğun olmayan kontentli resurslara (qumar oyunları, spirtli içkilər, silah, narkotiklər, zorakılıq və s.) 1%-dən az giriş cəhdi, pornoqrafik kontentli saytlara isə bir az çox, yəni 2% giriş cəhdi qeyd edilmişdir.

MDB ölkələrində son 12 ayda, yəni 2018-ci ilin may ayından 2019-cu ilin may ayına qədər uşaqların axtarış sorğularına gəlincə isə, burada rus dilində olan sosial şəbəkələr arasında daha çox “Vkontakte”, instaqram, skype, ingilis dilində isə, həmçinin Facebook, Twitter və Pinterest axtarış sətirində olmuşdur. Multimedia sahəsində uşaqlar üçün axtarış sorğularının sözsüz lideri (həm rus, həm ingilis dilində) YouTube kanalı qalır. Həmçinin Spotify və Netflix  maraq mərkəzindədir.  Filmlər və seriallar arasında daha çox axtarış sətirində “Taxt-tac oyunları”, “Qisasçılar: Sonsuzluq savaşı”, “O”,  “Riverdeyl”, cizgi filmləri arasında isə, “Smeşariklər” “Qraviti fols” və “Əjdahanı necə əhilləşdirməli?-3” qeyd olunur. İngilis dilində musiqili sorğular arasında liderlərdən biri müğənni  Billie Eilish olub. Ticarət meydançaları üzrə axtarış sorğularının məlumatları bunu deməyə əsas verir ki, daha çox məktəblilər  AliExpress, Avito, Ozon, Yula, ingilis dilində isə, həmçinin Amazon və eBay-i axtarıblar. Ən populyar oyunlar  Minecraft, Onlayn Tanklar, Roblox və Fortnite oyunlarıdır.

“Biz görürük ki, oyunlar və sosial şəbəkələr mobil platformalara aktiv şəkildə keçir. Ünsiyyət üçün nəzərdə tutulmuş Çinin TikTok xidməti populyarlıq qazanır. Bu xidmət, həmçinin populyar musiqi altında müxtəlif effektli qısa video yaratmağa, həmçinin musiqi ilə dodaqların hərəkətini sinxronlaşdırmağa imkan verir. Uşaqlar şəbəkələrə kompüterlərdən deyil, virtual söhbətləri evdə keçirilən vaxtla məhdudlaşdırmamaq üçün, mobil qurğulardan daxil olmağa üstünlük verirlər. Lakin filmlərə baxmaq və musiqi dinləmək üçün onlar stasionar kompüteri seçirlər. Bunun da səbəbi, ehtimal ki, ekranın daha keyfiyyətli həlli və ölçüsüdür”, - “Kasperski Laboratoriyası”nın kontentin təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev belə deyib.

Kaspersky Safe Kids həlli uşaqları İnternet təhlükələrindən qorumağa kömək edir. “Kasperski Laboratoriyası”nın bu məhsulu, arzuolunmaz kontentin filtrasiyasından tutmuş potensial təhlükəli naməlum şəxslərin onlayn əlaqələrin qarşısını almaq üçün bir çox müvafiq kiber təhdidləri tanıyır və blok edir. Bundan əlavə, bu həll yolu ilə, valideynlər uşağın yerləşdirdiyi publikasiyalara nəzarət edə və sosial şəbəkələrdə dostlarının siyahısında dəyişikliklər edə bilər, həmçinin onun yerini real vaxtda tapa bilir.