“Azərsu” ASC Qobustanın 3 kəndini içməli su ilə təmin edəcək

16:22 - 27.05.2019


27 may, Fineko/abc.az. “Azərsu” ASC içməli su çatışmazlığının  müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyət tərəfindən icra olunan növbəti layihə çərçivəsində Qobustan rayonun 3 kəndində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır.

Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqlar.

Bütün xəbərlər