Avropa Liqasının finalı zamanı üç küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

17:26 - 27.05.2019


27 may, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən bildiriblər ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində vətəndaşların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün mayın 29-da həmin ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu baxımdan paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur.

 

Bütün xəbərlər