Azərbaycanda korporativ istifadəçilərin 30%-i lokal təhlükələrə məruz qalır

08:51 - 28.05.2019


28 may, Fineko/abc.az. Kasperski Laboratoriyası təhdidlərə məruz qalan korporativ istifadəçilərin adlarını çəkdi.

Kasperski Laboratoriyası aparıcı antivirus mütəxəssisi Sergey Qolovanovun bildirdiyinə görə, ən çox yayılmış kompüter hücumları maliyyə qurumlarına və hüquqi şəxslərə hədəflənmiş hücumlar, habelə hüquqi şəxslərə hədəflənməmiş fişinq məktublarıdır.

“Həmçinin yoluxmuş populyar saytlar, əsasən KİV vasitəsilə "watering hole" hücumları mövcuddur. Bu cür hücumlar, saytların ziyarətçilərinə yönəldilmişdir, əsas məqsəd – qurbanın kompüterinə məsafədən çıxış əldə etmək və orada maraqlandıran məlumatları axtarmaqdır. Həmçinin, özünəxidmət qurğularına, məsələn, bankomatlara hücumlar var”, - S.Qolovanov bunu deyib.

Onun sözlərinə görə, İnternetdə hücuma məruz qalmış korporativ istifadəçilərin payı Azərbaycanda 11%, Ermənistanda – 7%, Belarusda - 11%, Gürcüstanda – 8%, Qazaxıstanda – 9%, Rusiyada – 9%, Sankt-Peterburqda - 9% təşkil edir. Azərbaycanda lokal təhlükələrlə üzləşmiş korporativ istifadəçilərin payı 30%, Ermənistanda – 26%, Belarusda - 35%, Gürcüstanda – 16%, Qazaxıstanda – 34%, Rusiyada – 20%, Sankt-Peterburqda - 17% təşkil edir. Bank troyan proqramlarının hücumuna məruz qalmış istifadəçilərin payı Azərbaycanda 0,75%, Ermənistanda – 0,54%, Belarusda – 1,99%, Gürcüstanda – 0,62%, Qazaxıstanda – 0,54%, Rusiyada – 1,20%, Sankt-Peterburqda - 1,07% təşkil edir.

 

Bütün xəbərlər