Azərbaycan neftinin qiyməti artıb

10:08 - 29.05.2019


29 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 1,47 ABŞ dolları və yaxud 2,07% artaraq bir barelə 72,42 dollar təşkil edib.

Çərşənbə günü, ABŞ ilə Çin arasında münasibətlərin gərginləşməsi haqqında növbəti xəbərlərdə neftin etalon markaları ucuzlaşır.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,51 dollar (0,87%) artaraq bir barelə 59,14 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi çərşənbə günü saat 09:30-da 0,61 dollar (1,01%) enərək 58,54 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi  dəyişməyib və bir barelə 70,11 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri çərşənbə günü saat 09:30-da 0,45 dollar (0,64%) azalaraq bir barelə 69,66 dollar təşkil etmişdir.

 

 

Bütün xəbərlər