Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

12:06 - 29.05.2019


29 may, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə,  dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanları keçiriləcək.

Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə mayın 31-də, iyunun 7-də və 14-də keçiriləcək. İmtahanlar mayın 31-də saat 14:30-da, iyunun 7-də saat 10:00-da, iyunun 14-də isə saat 14:00-da başlanacaq.

Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq mayın 31-də saat 13:00-da, iyunun 7-də saat 09:00-da, iyunun 14-də saat 13:00-da başa çatacaq.

 

Bütün xəbərlər