Pambıq zavodunda bu il 72 min ton pambıq emalı nəzərdə tutulur

14:49 - 29.05.2019


29 may, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ASC-dən  verilən məlumata görə, "Azərpambıq ASK" MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı emalı zavodunda bu il 72 min 500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə 10 min ton, Ağdam rayonu üzrə 1500, Tərtər rayonu üzrə 3375, Goranboy rayonu üzrə 3 min ton – ümumilikdə 17 min 875 ton pambıq tədarük və emal olunacaq.

Hazırda zavodda köhnə, sıradan çıxmış avadanlıqların demontaj işlərinə başlanılıb. Yeni, müasir tələblərə cavab verən pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə salınması planlaşdırılır.

Bütün xəbərlər