Dekabrın birinə olan hava proqnozu açıqlanıb

16:24 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sabah gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edib.

Nazirliyin məlumatında deyildiyi kimi, qışın ilk günündə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 3-6, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində sabah hava əsasən yağıntısız olacaq, lakin bəzi  şimal və şərq rayonlarda yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Bölgələrdə gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər