PAŞA Bank ilə Qazprombank arasında Əməkdaşlıq sazişi imzalandı

15:24 - 29.05.2019


29 may, Fineko/abc.az. Mayın 29-da PAŞA Bank ilə Qazprombank arasında  Əməkdaşlıq sazişi imzalanıb. Bankdan verilən məlumata görə,  Əməkdaşlıq sazişi PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous tərəfindən imzalanıb.

 «PAŞA Bank və Qazprombank arasında bu sənədin imzalanmasının əsas məqsədi iki maliyyə təşkilatı arasında məhsuldar əməkdaşlığı inkişaf etdirmək və təcrübə və ən səmərəli yanaşmaların mübadiləsini həyata keçirməkdir. Əminəm ki, müxtəlif növ investisiya layihələrinin həyata keçirilməsi sahəsində tərəfdaşlığımız bazarın inkişafına müsbət təsir göstərəcək » - deyə Cəlal  Orucov bildirib.

Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous isə qeyd etmişdir ki: «PAŞA Bank ilə əməkdaşlıq sazişinin imzalanması qarşımızda ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivləri açacaq»

Bütün xəbərlər