AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

16:42 - 29.05.2019


29 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 29 may  tarixində AMB 50100576S dövlət nömrəli, 200 milyon manat həcmində, 27 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

19 investor tərəfindən 875 101,9 min manat məbləğində 29 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün  99.4959 AZN (6.76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4959 manat (gəlirlilik 6,76%), orta ölçülmüş qiymət də eyni  səviyyəsində müəyyən edilmişdir. Nəticədə 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 25 iyun 2019-cu il.

 

Bütün xəbərlər