Balakən və Zaqatalada yem emalı müəssisələri istifadəyə verilib

10:49 - 30.05.2019


30 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ölkə regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisələri

Balakən və Zaqatala rayonlarında istifadəyə verilib.

Qeyd edək ki, yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

Mayın 30-da isə Qax rayonunun Tasmalı kəndində yem emalı müəssisəsi yerli sakinlərin istifadəsinə veriləcəkdir.

Bütün xəbərlər