Təmirlə əlaqədar Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

10:52 - 30.05.2019


30 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, təmirlə əlaqədar olaraq mayın 31-i və iyunun 1-2-də Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 3-dən etibarən isə Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Mayın 30-u  isə qatar hazırda qüvvədə olan cədvəl üzrə hərəkət edəcək.

Bütün xəbərlər