330x110
 

Azərbaycan neft sektoruna 100 mlrd. dollardan çox sərmayə yatırılıb

30.05.2019,11:44


30 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında cıxışı zamanı bildirib ki, ötən 23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb.

Nazir bu vəsaitin 100,6 milyard dollarının məhz neft sektoruna yönəldildiyini qeyd edib.