Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında memorandum imzalanıb

11:59 - 30.05.2019


30 may, Fineko/abc.az. “İnnovasiya Festivalı” çərçivəsində mayın 30-da Bakıda “Monex Summit” keçirilir.

Sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflərin birgə yaradacağı fond vasitəsilə Azərbaycandakı startaplara maliyyə vəsaiti ayrılacaq.

Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.

 

Bütün xəbərlər