Bugünədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna 36 mlrd. dollar sərmayə yatırılıb

12:22 - 30.05.2019


30 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı bildirib ki, işlənmənin əvvəlindən bu vaxtadək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 485 milyon ton neft hasil edilib, həmçinin 158 milyard kubmetr təbii qaz çıxarılıb. Bugünədək AÇG yataqlar blokuna 36 milyard dollar sərmayə yatırıldığını qeyd edib.

 

Bütün xəbərlər