Paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 13 mlrd. manat təşkil edib

14:17 - 30.05.2019


30 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, cari ilin 4 ayında  paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat təşkil edib.

Bildirilir ki, sənayedə qeyri-dövlət sektorunun payı 83,2 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8 % təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında mayın 1-nə 245 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 45,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

Bütün xəbərlər