Paytaxtın iaşə dövriyyəsində artım olub

14:24 - 30.05.2019


30 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, cari ilin 4 ayında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 % artaraq 283,2 milyon manat olub.

Məlumatda bildirilir ki, dövriyyənin 43,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin yanvar-aprel aylarına nisbətən 11,4 faiz azalaraq 124,1 milyon manat təşkil edib.

Bütün xəbərlər