Bakının ticarət dövriyyəsində artım olub

14:35 - 30.05.2019


30 may, Fineko/abc.az. Cari ilin 4 ayında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayları ilə müqayisədə 3,3 % artaraq 6 milyard 357 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz çoxalaraq 3 milyard 545 milyon manat təşkil edib. İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərlər