Qaxda yem emalı məntəqəsi fəaliyyətə başlayıb

15:50 - 30.05.2019


30 may, Fineko/abc.az. Mayın 30-da Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi Qax rayonunda istifadəyə verilib.

Müəssisə Tasmalı kəndinin 1679 nəfər icma sakininin təsərrüfatlarında olan mal-qaranın yemlə təminatının yaxşılaşmasına xidmət edəcək. Kənd icması layihəyə 28 min 317 manat dəyərində əmək və material töhfəsi verib. USAID isə SEDA vasitəsilə layihənin icrasına 43 min 850 manat vəsait ayırıb.

Məntəqədə istehsal sahəsi və anbar inşa olunub, gücü saatda 2 ton olan toxumtəmizləyən, yemüyüdən və otdoğrayan avadanlıq quraşdırılıb.

 

Bütün xəbərlər