Aprel ayında fiziki şəxslərin əmanətlərində artım olub

17:02 - 30.05.2019


30 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi öhdəlikləri 25,349.3 mln. manat təşkil edib.

Qeyd olunub ki, 2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8,625.2 mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub.

Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5 mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278 mln. manat) artaraq 1,727.7 mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

 

 

Bütün xəbərlər