330x110
 

Dünya bazarına indiyədək 508 milyon ton Azərbaycan nefti göndərilib

31.05.2019,11:00


31 may, Fineko/abc.az. İndiyədək 508 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

"Bu həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql olunub", - deyə SOCAR rəsmisi əlavə edib.