Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

11:03 - 31.05.2019


31 may, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 31-də və iyunun 1-də axşam saat 23:00-dan səhər saatlarınadək Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyükşor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Bütün xəbərlər