Bugünədək Neft daşlarından 178 mln. ton neft hasil olunub

31.05.2019,11:30


31 may, Fineko/abc.az. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı Neft daşlarındakı yataqlardan bu vaxtadək 178 milyon ton neft hasil olunduğunu söyləyib.

Qeyd edək ki, Neft daşları dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb.