Dağlıq Şirvan iqtisadi rayonunda 29 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib

11:39 - 31.05.2019


31 may, Fineko/abc.az. Mayın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Şamaxı rayonunda keçirib.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirilib ki, bu ilin ötən dövründə 416 sahibkarın ümumi dəyəri 159,9 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 41,5 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Bütün xəbərlər