Azərbaycan-Polşa sənədləri imzalanıb

14:51 - 31.05.2019


31 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın danışıqlarından sonra  Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i imzalanıb. Sənədi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzaladılar.

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Həmçinin, Polşa və Azərbaycan kənd təsərrüfatı nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.

 

Bütün xəbərlər