330x110
 

Azərbaycan Pekində keçirilən CIFTIS sərgisində iştirak edir

31.05.2019,14:58


31 may, Fineko/abc.az. Pekində 6-cı Çin beynəlxalq ticarət xidməti sərgisi (China International Fair for Trade in Services - CIFTIS) keçirilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə olaraq CIFTIS sərgisində iştirak edir.

Sərginin ekspozisiya zalındakı Azərbaycan stendində ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı ilə yanaşı, respublikamızda son illər reallaşdırılan mühüm infrastruktur layihələri, ölkəmizdəki sənaye parklarında yerli və xarici investorlar üçün təqdim edilən imtiyazlar haqqında ətraflı məlumat verilir.

Bununla yanaşı, stenddə "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü məhsullar, o cümlədən şərab və digər spirtli içkilər, meyvə şirələri, bitki yağları, konservlər, çay növləri nümayiş edilir.