SOCAR ilə IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradıblar

15:27 - 31.05.2019


31 may, Fineko/abc.az. SOCAR və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan ediblər.

Qeyd edilir ki, qazılacaq quyuların planlaşdırılması üçün yaradılan qabaqcıl texnologiya mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcək.

“Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Yeni texnologiyanın əsas xüsusiyyəti süni zəkaya əsaslanan təhlilləri artıq quyunun planlaması mərhələsində tətbiq etməsidir.

Bütün xəbərlər