“Azərsu” ASC Şamaxıda yeni su mənbəyi inşa edir

16:34 - 31.05.2019


31 may, Fineko/abc.az. “Azərsu” ASC Şamaxı şəhərinin içməli su təchizatında dayanıqlığa nail olunması məqsədilə yeni su mənbəyinin inşasına başlayıb.

ASC-dən verilən məlumata görə, dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq.

Bütün xəbərlər