Bu il Azexport.az portalına 229 mln. dollar ixrac sifarişləri daxil olub

16:42 - 31.05.2019


31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə bu ilin yanvar-aprel aylarında Azexport.az portalına 229 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 %  çoxdur. Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51 milyon dollar təşkil edib.

Cari ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və  ABŞ (5,5%) qərarlaşıb.

Bütün xəbərlər