Bu il alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 mln. dollar təşkil edib

17:01 - 31.05.2019


31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2019-cu  ilin yanvar-aprel aylarında  alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 milyon dollar təşkil edib.

Qeyd olunur ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə artıb.

 

Bütün xəbərlər