Bu il Azərbaycan 7,1 mlrd. dollarlıq mal ixrac edib

17:23 - 31.05.2019


31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verilir ki, cari ilin yanvar-aprel aylarıda Azərbaycanın ixracı 7,1 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard dollar və ya 25,6%  artım olub.

Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 milyon dollar olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon  dollar və ya 20 %  artıb.

Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 milyon, Türkiyəyə 148  milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22  milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracında 22 %, Türkiyəyə 16 %,  Gürcüstana 19 %, İsveçrəyə 13 %, İtaliyaya 2 dəfə artım müşahidə olunub.

 

Bütün xəbərlər