SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıb

17:24 - 31.05.2019


31 may, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Tekfen” şirkətlər qrupunun idarə heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində R.Abdullayev və M.Gigin Azərbaycanda yeni Karbamid zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir.

Memorandumda, həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq da nəzərdə tutulur.

 

Bütün xəbərlər