330x110
 

Aprel ayında qeyri-neft sektoru üzrə ixrac 167 mln. dollar təşkil edib

31.05.2019,17:29


31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2019-cu ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 167 milyon dollar təşkil edib. Bu isə 2018-ci ilin aprel ayı ilə müqayisədə 38 milyon dollar və ya 29 %  çox olub.

Cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 milyon  dollar), Türkiyəyə (48,6  milyon dollar) və Gürcüstana (12  milyon dollar) ixrac edilib.