Problemli kreditlərlə bağlı 27 min vətəndaş hələ də müraciət etməyib

11:31 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı ödənişlərin icrası uğurla başa çatdırılmışdır.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.)  üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.

Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcəkdir.

 

Bütün xəbərlər