Bayramda Bakı Beynəlxalq Avtovağzal kompleksi gücləndirilmiş iş rejimində işləyəcək

12:08 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək.

Paytaxtdan regionlara səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletləri öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etmək tövsiyə olunur.

 

Bütün xəbərlər