Depozit hərracında AMB 100 milyon manat cəlb etdi

12:15 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 3 oyun tarixində hərracda Bank 100 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  744,8 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər