"Çinar" soyuducular zavodunun Şəmkir filialı hərraca çıxarılır

12:16 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, budəfəki hərrac iyulun 2-də keçiriləcək. Özəlləşməyə çıxarılan 85 əmlaklardan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.

Özəlləşməyə çıxarılan əmlaklardan biri "Çinar" soyuducular zavodunun Şəmkir filialıdır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 2 min 100 kv.m-ə yaxın, torpaq sahəsi isə 27 min kv.m-dən çoxdur.

Hərraca çıxarılanlar sırasında “Azinterservis“, “Bərdə Kərpic”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar” və digər bu kimi səhmdar cəmiyyətləri vardır.

Qeyd edilir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

 

Bütün xəbərlər