Daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib

12:32 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezidentin 2019-cu il 18 mart tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb.

“Onlardan 50 ədədi mayın 28-də, daha 50 avtomobil isə bu gün olmaqla ümumilikdə 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.”- deyə V.Nəsirli qeyd edib.

 

Bütün xəbərlər