İyunun 4-də AMB 100 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

13:42 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, iyunun 4-də 50100676S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 100 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 29 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər