AZAL “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

14:00 - 3.06.2019


3 iyun, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün “Boeing” korporasiyasına müraciət edib.

Qeyd edilir ki, AZAL ilə “Boeing” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyarə gətirilməli idi.

Lakin ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb, buna görə də bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

 

Bütün xəbərlər