Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

03.06.2019,14:16


3 iyun, Fineko/abc.az. Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Vladimir Putinlə ikitərəfli əlaqələr perspektivlərini və planlarını müzakirə edib.

“Rusiya-Azərbaycan əməkdaşlığının aktiv inkişafı və müxtəlif səviyyələrdə irəlidəki təmaslar məsələləri müzakirə olunub», - məlumatda belə deyilir.