Mikayıl Cabbarov Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri ilə görüşüb

15:29 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Vaxtanq Laşkaradze ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər