İndiyədək 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,5 mln. manat güzəştli kredit ayrılıb

16:10 - 3.06.2019


3 iyun, Fineko/abc.az. İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd turizm sektorunun inkişaf perspektivləri və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələrin aparılmasıdır.

Tədbirdə çıxış edən  iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirilib ki, turizmin inkişafına digər dəstək tədbirləri ilə yanaşı, güzəştli kreditlərdən istifadə imkanları da genişləndirilib.

O qeyd edib ki ,indiyədək Sahibkarlığın İnkişafı Fondu 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,5 milyon manat güzəştli kredit vəsaiti ayırıb və bu layihələrin hesabına 4640 yeni iş yerinin açılması imkanı yaranıb.

Bütün xəbərlər