“Azərpoçt” MMC tərəfindən 63 mln. manat kompensasiya ödənilib

16:43 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Problemli kreditlərin həlli ilə bağlı bank olmayan kredit təşkilatları (BOKT) və bağlanan bankların müştəriləri öz kompensasiya məbləğlərini “Azərpoçt” MMC-dən alırlar. Bu günün statistikasına görə, BOKT və bağlanan bankların müştərilərinə “Azərpoçt” tərəfindən ümumilikdə 62 milyon 940 min 280 manat qəpik ödənilib.

Qeyd edilir ki, kompensasiyası 500 manatdan aşağı olan müştərilər 15 milyon 56 min 243 manatı nağd şəkildə, kompensasiyası 500 manatdan yuxarı olan müştərilər isə 47 milyon 884 min 37 manat vəsaiti kart vasitəsilə əldə edib. Kartların və PİN zərflərin regionlarda müştərilərə təqdim edilməsi prosesi mayın 31-dək həyata keçirilib.

İyunun 1-dən isə aidiyyatı üzrə bölgələrdən öz kompensasiyasını gedib almayanlar, kartlarını və PİN zərflərini AZ1144 indeksli, Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzindən əldə etməlidirlər.

 

Bütün xəbərlər