Dövlət İmtahan Mərkəzi açıq tender elan edir

16:45 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs imtahanların keçirilməsi üçün tələb olunan mal-materialların satın alınması ilə əlaqədar açıq tender (II) elan edir. Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təklif zərfləri 8 iyul 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender barədə ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs:

 İlham Əliyev, telefon: 502-47-53/56/58, daxili 144

Faks: 465-87-96, 502-47-22

E-mail: [email protected]

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

 

Bütün xəbərlər