Bu ilin sonunadək Bakıda "KOB Evi" açılacaq

11:26 - 4.06.2019


4 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev ötən il 1 milyona yaxın iş yerinin yaradıldığını, sənaye məhəllələri tərəfindən 3,3 milyard manat investisiya yatırıldığını deyib.

Nazir "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransında çıxışı zamanı bildirib ki, ölkədə fəaliyyət göstərən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla, ümumilikdə 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə istifadəyə veriləcək.

Nazir, həmçinin bu ilin sonunadək Bakıda Kiçik və Orta Biznes Evi ("KOB Evi") açılacağını və istiqamətində müəyyən işlərin aparıldığını deyib.

 

Bütün xəbərlər