Energetika naziri vətəndaşları qəbul edib

12:27 - 4.06.2019


4 iyun, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, qəbulda Bakının Qaradağ və Nizami rayonundan, eləcə də Şirvan şəhərindən olan vətəndaşlar iştirak edib.

Nazir vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər